Rusiyanın varlıları: Həmyerlimiz yenə liderdir
"Bloomberg Milyarderlər" İndeksinə görə, ilin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 7,25 milyard dollar qazanıb, sərvəti 22,6 milyard dollara yüksəlib, NLMK idarə heyətinin sədri Vladimir Lisinin sərvəti isə 4,36 milyard dollar artaraq, 24,2 milyard dollara çatıb. Hər iki rusiyalının nağd dəyəri dividendlər, insayder ticarəti, vergilər və bazar şərtlərinin təhlilinə əsaslanır. Eyni zamanda, “Novatek”in rəhbəri Leonid Mixelson 3,49 milyard dollar qazanıb, onun sərvəti 28,1 milyard dollardır.
Ən böyük itkini Dağıstan Respublikasından olan Federasiya Şurasının üzvü, iş adamı Süleyman Kərimov çəkib, onun sərvəti 1,03 milyard dollar azalaraq 7,97 milyard dollara düşüb.
2012-ci ilin mart ayından agentlik planetin ən zəngin 500 adamının vəziyyəti haqqında məlumatları özündə əks etdirən "Bloomberg Milyarderlər" İndeksini dərc edir.
Aytən Zəhra
AzVision.az
Teqlər: