Pekində Azərbaycan Ticarət Evi açılacaq

Pekində Azərbaycan Ticarət Evi açılacaq
  01 Sentyabr 2023    Oxunub:1274
Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılış mərasimi keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkəsində yazıb.

"Həmkarlarla birgə Çin Xalq Respublikasına səfərimiz çərçivəsində bir sıra rəsmi nümayəndələr və şirkət rəhbərləri ilə görüşlər keçirəcəyik. Pekində Azərbaycan Ticarət Evinin açılış mərasimində və digər tədbirlərdə iştirak edəcəyik", - nazir qeyd edib.

Qeyd edək ki, hazırda Azərbaycanın Çində Şanxay, Urumçi, Çindao, Harbin, Cinan, Vuhan, Canciaciye kimi şəhərlərində dörd ticarət evi, üç şərab evi və dörd ticarət bölməsi fəaliyyət göstərir.

AzVision.az


Teqlər:





Xəbər lenti