İlon Mask Baydeni təhqir etdi

İlon Mask Baydeni təhqir etdi
  01 Sentyabr 2023    Oxunub:1418
Amerikalı milyarder İlon Mask Twitter-də ABŞ-ın hazırkı prezidenti Co Baydenin yaşı barədə kəskin danışıb.
Biznesmen Senatda respublikaçıların “asılmış” lideri, 81 yaşlı Mitç Makkonell ilə video yayımlayan istifadəçilərdən birinin paylaşımına belə reaksiya verib.

"McConnell və Bayden makiyaj və xüsusi effektlər olmadan "Cryptkeeper" (Tales from the Crypt televiziya seriyasındakı personaj) rolu üçün sınaqdan keçirilə bilərdi!", Mask hər iki siyasətçinin yaşına işarə edərək bunu yazıb.

Milyarder başqa bir tvitində Makkonelli təqaüdə çıxmaq vaxtı çatan "yazıq oğlan" adlandıraraq, başına gələnləri "ölkəyə rüsvayçılıq" kimi təsvir edib.

ABŞ-da mətbuatında 2026-cı ildə təkrar seçkilərə qatılmaq planları ilə bağlı suala səssiz qalan və donub qalan Makkonell ilə bağlı bir video böyük rezonans yaratmışdı. Sualı uca səslə birbaşa senatorun qulağına təkrarlayan köməkçi onu sərsəmləməkdən qurtara bilməyib.

2023-cü ildə də 81 yaşı tamam olan Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir.

AzVision.az


Teqlər:





Xəbər lenti