Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb
  31 Avqust 2023    Oxunub:1093
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı həftənin sonunadək “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.
Bu barədə AzVision.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, boş qalan yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti