Kosmik tullantıları xüsusi "torbalar"la təmizləyəcəklər - FOTO

Kosmik tullantıları xüsusi "torbalar"la təmizləyəcəklər  - FOTO
  30 Avqust 2023    Oxunub:1440
ABŞ-ın kosmik startapı TransAstra NASA-nın Yer ətrafında orbitdə uçan zibilləri toplayacaq “torbalar”ın istehsalı ilə bağlı müsabiqənin qalibi olub.
Bu barədə Space News şirkəti məlumat yayıb.

Layihənin dəyəri 850 min dollardır. Müqavilənin şərtlərinə əsasən, TransAstra cihazın prototipini yaratmalı və onu Yerdə uğurla sınaqdan keçirməlidir.

Kosmik tullantıların xüsusi konstruksiyalardan istifadə edərək "torbalara" yığılması ideyası mütəxəssislərdə NASA-nın Jet Propulsion Laboratoriyasında asteroidlərdən qorunmaq üçün layihə üzərində işləyərkən yaranıb. Əvvəlcə Yerə yaxın kosmosda potensial təhlükəli obyektləri bu yolla tutaraq Ay orbitinə göndərilməsi təklif olunurdu.

TransAstra həm 1,3 kq ağırlığında mikropeykləri, həm də işlənmiş raket gövdələrini, geostasionar rabitə vasitələrini və 50 min tona qədər olan asteroidləri tuta bilən “torbalar” istehsal etməyi planlaşdırır.

Tural Tağıyev AzVision.az



Teqlər: Kosmos  





Xəbər lenti