Rusiyada yol kənarına meymun bağladılar - VİDEO

 Rusiyada yol kənarına meymun bağladılar    - VİDEO
  30 Avqust 2023    Oxunub:1291
Rusiyada maraqlı hadisə yaşanıb. "Vesti Voronej" Telegram kanalının yaydığı məlumata görə, Boquçarskidə yerli sakinlər yol kənarında oynayan meymun görüblər.
"Heyvan Travkino kəndində avtomobil sürən bir vətəndaş tərəfindən lentə alınıb. O, mal-qara kimi, iplə taxta dirəyə bağlanıbmış. Meymunun kimə məxsus olduğu və onun niyə bağlandığı açıqlanmır", - məlumatda deyilir.

Məlum paylaşımla bağlı şərhlərdə kanalın izləyiciləri heyvana bu cür münasibətdən qəzəbləniblər.

“Sahibinin beyni var? Bu keçidir bəyəm?”, “Daha sözüm yoxdur” yazan kanal abunəçiləri gileyləniblər.

Xatırladaq ki, bundan əvvəl Leninqrad vilayətindəki istirahət mərkəzlərindən birində meymun uşağa hücum etmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Meymun   Rusiya  





Xəbər lenti