Azərbaycanlı blogerin bədəni plastik əməliyyata görə çürüyür - VİDEO

 Azərbaycanlı blogerin bədəni plastik əməliyyata görə çürüyür -    VİDEO
  29 Avqust 2023    Oxunub:2257
Azərbaycanlı bloger Leyla Mirzəliyeva etdirdiyi çoxsaylı plastik əməliyyatların fəsadları ilə üzləşib.
Bu barədə o öz “Instagram” profilində paylaşım edib.

O, etdirdiyi dolğu və silikonlar nəticəsində bədəninin çürüdüyünü deyib.

“Ağrılarım var, artıq dözə bilmirəm. Dolğulardan bədənim çürüyür. Heç bir həkim də kömək edə bilmir. Əməliyyat olunmalıyam. Sağ qalma şansım 10 faizdir. Xahiş edirəm dua edin, kimin haqqına girmişəmsə, haqqınızı halal edin”.

AzVision.az



Teqlər: Bloger   Plastik-Əməliyyat  





Xəbər lenti