Elmi tədqiqatın nəticələri Heliyon jurnalında
dərc edilib.
Kenkur ədviyyat kimi mədə xəstəliklərinin müalicəsi üçün istifadə edilən zəncəfil növüdür. Bu bitki Cənub-Şərqi Asiyada əkilir. Xalq təbabətində ondan bəzən xərçənglə mübarizə vasitəsi kimi istifadə olunur. Lakin zəncəfilin bu ağır xəstəlikdə effektivliyinə dair elmi sübutlar təqdim edilməmişdir.
Tədqiqat çərçivəsində alimlər kenkurun tərkibində etil-p-metoksisinnamat (EMS) maddəsinin olduğunu aşkar ediblər. O, xərçəng hüceyrələrinin böyüməsini əhəmiyyətli dərəcədə maneə törədən bir güclü maddə kimi tanınır.
Tural Tağıyev
AzVision.az