Qeyd edilir ki, onun bloger olan xanım dostlarından biri göldə çimərkən üzüyünü itirib. Gənc oğlan və onun dostu qıza kömək etmək və suyun dibində zinət əşyasını axtarmaq qərarına gəliblər.
Onlar eyni zamanda izləyiciləri üçün təzə kontent də çəkmək istəyiblər. Ona görə də özlərini kamera götürərək suyun dibinə, dərinliklərə dalıblar. Gənclər təxminən 30 dəqiqə ərzində qızın üzüyünü axtarıblar. Lakin onlar üzük əvəzinə paslı metal qutuya rast gəliblər.
Bundan sonra gənclər qutunu evə apararaq onu açıblar. Qutunun içində qədim sikkələr və silah olub.
Gənclər tərəfindən lentə alınan video 6,3 milyon baxış və 160 minə yaxın bəyənmə toplayıb.
Tural Tağıyev
AzVision.az