Göldə itirdiyi nişan üzüyünü 14 il sonra tapdı

Göldə itirdiyi nişan üzüyünü    14 il sonra tapdı
  28 Avqust 2023    Oxunub:1751
Amerikada Mayk Kroninq adlı bir kişi 14 il əvvəl itirdiyi nişan üzüyünü uzun illər sonra tapa bilib. Üzük təsadüfən göldən tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.

Kroninqin sözlərinə görə, o, 2009-cu ildə uşaqla oynayan zaman nişan üzüyünü əlindən salaraq göldə itirib.

Mayk və həyat yoldaşı dalğıc avadanlıqlarından istifadə edərək zinət əşyasını axtarmağa başlaıb. Lakin üzüyü tapa bilməyiblər.

"Biz onu saatlarla və günlərlə axtarırdıq", - Mayk deyib.

Zinət əşyasını 14 ildən sonra həmin göldə dincələn turist görüb və o, üzüyü unudulmuş əşyalar bürosuna təhvil verdikdən sonra, qurumun işçiləri onun sahibini tapa biliblər.


Tural Tağıyev
AzVision.az



Teqlər: Üzük  





Xəbər lenti