Beş yaşlı Aylinin dəstəyə ehtiyacı var: Müalicə üçün 800 manat lazımdır

Beş yaşlı Aylinin dəstəyə ehtiyacı var:    Müalicə üçün 800 manat lazımdır
  26 Avqust 2023    Oxunub:1945
Kəskin leykemiyadan əziyyət çəkən beş yaşlı Aylinin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə onun anası Gülər İsmayılova məlumat verib.

O bildirib ki, övladı bir ildir ki, kəskin leykemiyadan əziyyət çəkir.

“Biz özümüz Göyçayda yaşayırıq, hazırda müalicə üçün Bakıda Milli Hematologiya və Transfuziologiya Mərkəzindəyik. Aylinin müalicələri onun qaraciyərinə ağır təsir edib, qaraciyərində problemlər yaradıb. Mərkəzdə leykemiyaya görə müalicə alsaq da, digər istiqamətdə müalicələrimiz qarşılanmır. Aylinin bir aylıq müalicəsi üçün 700-800 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən övladıma dəstək olmaları üçün xahiş edirəm. Aylin çox balacadır, mən onu itirmək istəmirəm”.

Məlumat üçün bildirək ki, TƏBİB ailə ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, ambulator müalicə üçün istifadə olunan dərman preparatları Xidmətlər Zərfi çərçivəsində təminata alınmayıb.

Ailə ilə əlaqə: (055) 289-75-51

AzVision.az

Qalereya




Teqlər: Leykemiya  





Xəbər lenti