“Vinni-Pux”un orijinal eskizi tapılıb - FOTO

“Vinni-Pux”un orijinal eskizi tapılıb    - FOTO
  26 Avqust 2023    Oxunub:2233
“Vinni-Pux”un orijinal eskizi Böyük Britaniyada bukinistin zirzəmisində tapılıb.
Məlumata görə, 1958-ci ilə aid eskiz, keçən il vəfat edən “Foyls” Kitab Evinin keçmiş müdiri Kristofer Foylun zirzəmisində tapılıb. Eskizdə Pux və Pyataçok gün batımına doğru gedirlər.

Ehtimal olunur ki, bu eskiz Foylun tədbirlərindən biri üçün çəkilib, lakin ona layiq olduğu qiymət verilməyib deyə gizlədilib. İllüstratorun orijinal rəsmləri əvvəllər yüz minlərlə funta satılırdı və indi də onun böyük dəyərdə olduğu güman edilir.

Qeyd edək ki, illüstrasiya köhnə çay dəsmalına bükülmüş şəkildə saxlanılıb.


AzVision.az



Teqlər: Eskiz  





Xəbər lenti