“WhatsApp”a göndərilən videoların keyfiyyəti ilə bağlı yenilik

“WhatsApp”a göndərilən videoların keyfiyyəti ilə bağlı yenilik
  26 Avqust 2023    Oxunub:1802
“WhatsApp” istifadəçiləri videoları yüksək keyfiyyətlə göndərə biləcəklər.
Bu barədə “9To5Mac” portalında məlumat verilib.

Məqalə müəllifləri izah ediblər ki, əvvəllər mesencerdə videolar avtomatik olaraq 480p təsvir ölçüsünə sıxılırdı, yəni təsvirin keyfiyyəti azalırdı. Yeni funksiya ilə istifadəçilər video yükləməzdən əvvəl standart və yüksək keyfiyyət arasında seçim edə biləcəklər.

“Əgər siz “HD Quality” funksiyasından istifadə etsəniz, video 720p ölçüsündə göndəriləcək. Bu, hələ də 1080p və ya 4K-dan çox aşağıdır, lakin görüntü keyfiyyəti daha məqbul olacaq”, - deyə onlar bildiriblər.

Yeniləmələr tətbiqin “Android” və “iOS” cihazları üçün ən son versiyasında mövcuddur.
AzVision.az



Teqlər: Video  





Xəbər lenti