Kürdə batan uşağın axtarışları davam edir

Kürdə batan uşağın axtarışları davam edir
  25 Avqust 2023    Oxunub:1476
Kür çayında batan uşağın axtarışları aparılır.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində 1 nəfər uşağın batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
AzVision.az



Teqlər: FHN  





Xəbər lenti