Azərbaycanın tanınmış futbolçusu xərçəngdən dünyasını dəyişdi

Azərbaycanın tanınmış futbolçusu xərçəngdən dünyasını dəyişdi
  25 Avqust 2023    Oxunub:1587
Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimov dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, keçmiş müdafiəçi 34 yaşında müalicə aldığı Türkiyədə vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, Şəhriyar Rəhimov 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda iştirak edib. O, karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib.

Xatırladaq ki, Ş.Rəhimov 2022-ci ilin fevralında “Səbail”də olarkən karyerasını başa vurub.
AzVision.az



Teqlər:





Xəbər lenti