Məhbus vərəm dispanserinin pəncərəsindən qaçdı

Məhbus vərəm dispanserinin pəncərəsindən qaçdı
  25 Avqust 2023    Oxunub:1721
Rusiyada məhbus vərəm dispanserinin dar pəncərəsindən çıxaraq qaça bilib.
AzVision.az xəbər verir ki, bu barədə Mash telegram kanalı məlumat yayıb.

Qeyd edilir ki, hadisə Naberejnıye Çelnıda baş verib. Vərəm dispanserində olan Rinat Xafizov adlı 40 yaşlı məhbus oğurluğa görə cəza çəkirmiş. O, flüoroqrafiya otağında olarkən qaçmaq qərarına gəlib.

Rinat vərəm dispanserində soyunaraq qaçıb. Yalnız qara şalvar və çəkmə geyinmiş məhbusu bütün şəhər və şəhərətrafı ərazilərdə axtarışa verilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, tutulub. Məlumata görə, məhbus Çistopola köçürülür.

Xatırladaq ki, bundan əvvəl vərəm xəstəsi kartof əkmək üçün dispanserdən qaçmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Məhbus  





Xəbər lenti