FHN: Ötən sutka üç nəfərin cəsədi aşkarlanıb

FHN: Ötən sutka üç nəfərin cəsədi aşkarlanıb
  25 Avqust 2023    Oxunub:1266
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 67 halda yanğına çıxış, iki halda köməksiz vəziyyətdə qalma və bir avtoqəza faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən AzVision.az -a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən sutka ərzində bir nəfər xilas edilib, yanğın zamanı 10 nəfər təxliyə olunub. Həmçinin qəza-xilasetmə əməliyyatları zamanı üç nəfərin cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti