Güneyli boksçu həbs edildi

Güneyli boksçu həbs edildi
  24 Avqust 2023    Oxunub:1394
Təbriz şəhərində boksçu Ümid Mustafazadə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, həbsxanaya aparılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatına (HRANA) istinadla məlumat verir.

Qeyd edək ki, hələlik idmançının həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə dəqiq məlumat yoxdur.
Xatırladaq ki, o, “Traktor” futbol komandasının oyununda Urmiya gölünün qəsdən qurudulmasına qarşı etiraz şüarları səsləndirib və Türkiyənin beynəlxalq yarışlarında Urmiya gölünü dəstəkləyən pankartlar nümayiş etdirib.
AzVision.az



Teqlər: Boksçu  





Xəbər lenti