Pinqvinə general-mayoru rütbəsi verildi

   Pinqvinə general-mayoru rütbəsi verildi
  23 Avqust 2023    Oxunub:1751
Edinburq zooparkındakı pinqvinə Norveç ordusunun general-mayoru rütbəsi verilib.
Bu münasibətlə 160-a yaxın uniformalı hərbçi təntənəli mərasimdə iştirak etmək və kral pinqvinə layiqli münasibət bildirmək üçün Şotlandiya zooparkını ziyarət ediblər. Belə ki, Edinburq zooparkında yaşayan, dünyaca məşhur olan kral pinqvini, Norveç qvardiyasının talismanı ser III Nils Ulafa Norveç Kral qvardiyasının general-mayoru rütbəsi verilib.

1961-ci ildə Norveç Kral qvardiyası Edinburqda hərbi orkestrlər paradında olub, burada nümunəvi çıxışlarda iştirak edib. Edinburq zooparkındakı pinqvinlər koloniyası leytenant Nils Eqeliyendə maraq doğurub. Zabitə elə gəlib ki, onun bölməsinin yürüşü təəccüblü şəkildə qara və ağ quşun yerişinə bənzəyir.

Qvardiyaçılar 1972-ci ildə yenidən Edinburqa qayıdanda leytenantın fəal köməyi ilə pinqvinlərdən biri “alayın oğlu”na çevrilib. Ona Nils Ulaf adı (Norveç kralı V Ulafın şərəfinə) verilib. İlk kral pinqvini 1913-cü ildə Edinburq zooparkının açılışı zamanı zooparka norveçli gəmiçilik maqnat tərəfindən hədiyyə edilib.

Şotlandiya Kral Zooloji Cəmiyyətinin icraçı direktoru Devid Fild keçirilmiş mərasimi “Şotlandiya və Norveç arasında davam edən sıx əməkdaşlığın çox qürurlu anı və əksi” adlandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti