Azərbaycan cüdoçusu erməni rəqibinə qalib gəldi

Azərbaycan cüdoçusu erməni rəqibinə qalib gəldi
  23 Avqust 2023    Oxunub:1450
Xorvatiyada yeniyetmə cüdoçular arasında dünya çempionatı start götürüb.
İlk gündə Azərbaycanın altı cüdoçusu mübarizəyə qoşulub. Qızların yarışında 44 kq çəki dərəcəsində çıxış edən Məryəm Bayramzadə 1/16 finalda Moldova təmsilçisi Qabriela Hertaya məğlub olub. Digər qız cüdoçumuz Nigar Məmişova da uğursuzluqla üzləşib. 40 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Türkmənistan təmsilçisi Dilara Kandimovaya yenilib.

Oğlanların yarışında Ayxan Mirzəzadə ilk görüşünü qələbə ilə başa vurub. 55 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda tacikistanlı Loiq Kudbodinova ipponla qalib gəlib. Lakin o, 1/16 finalda qazaxıstanlı Oralbek Bayzaka uduzaraq, mübarizəni dayandırıb.
50 kq-da yarışan Məhəmməd Məmişov 1/16 finalda Bosniya və Herseqovinadan olan Stefan Vinciçi məğlub edib. Daha sonra o, 1/8 finalda Ermənistan təmsilçisi Arşak Bekçyana qalib gələrək 1/4 finala adlayıb.

50-kq-dakı digər təmsilçimiz Nihad Məmişov 1/16 finalda fransalı Amza Çattiyə qalib gəlib. Mirxaliq İskəndərov da mübarizəyə uğurlu start verib. 55 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda fransalı Tiaqo Talondan güclü olub.

AzVision.az


Teqlər:





Xəbər lenti