Türkiyə millisinin futbolçusu öldü

Türkiyə millisinin futbolçusu öldü
  06 İyun 2014    Oxunub:1253
Türkiyənin "Ankaraspor" klubunun gənc futbolçusu Sedat Yüce dənizdə boğularaq ölüb.
AzVision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Alanyada 3 dostu ilə dənizə girən Yüce dənizdə batıb.

Hadisə yerinə gələn xilasedicilərin səylərinə baxmayaraq futbolçunun cəsədini tapmaq mümkün olmayıb. Dənizin dalğalı olması axtarışların sabah davam etdiriləcəyi bildirilib. Qeyd edək ki, Sedat 2013-cü ildə Aralıq dənizi Olimpiya oyunlarında Türkiyənin U-19 komandasının formasını geyinib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti