Dənizdə batan ata və iki oğlu xilas olunub - VİDEO

Dənizdə batan ata və iki oğlu xilas olunub -  VİDEO
  21 Avqust 2023    Oxunub:1413
Batma təhlükəsi ilə üzləşən üç nəfər xilas olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bakı şəhərinin Sabunçu rayonunda “Qızılqum” çimərliyinin ərazisində üç nəfər vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyi müşahidə olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1975-ci il təvəllüdlü Avtandil Yusif oğlu Camalov, 2004-cü il təvəllüdlü Tural Avtandil oğlu Camalov və 2006-cı il təvəllüdlü Vüsal Avtandil oğlu Camalov “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilərək həkim briqadasına təhvil veriliblər.



AzVision.az



Teqlər:





Xəbər lenti