“Proqres MS-22” kosmik gəmisi okeana düşdü - VİDEO

“Proqres MS-22” kosmik gəmisi  okeana düşdü  - VİDEO
  21 Avqust 2023    Oxunub:1913
“Progress MS-22” adlı kosmik yük gəmisi Sakit Okeanda batırılıb. xəbər verir ki, bu barədə “Roskosmos”un mətbuat xidməti Telegram-da məlumat yayıb.
Qeyd edilir ki, Rusiyanın “Proqress MS-22” yük gəmisinin “Zvezda” modulundan ayrılaraq Beynəlxalq Kosmik Stansiyanı (MKS) tərk etməsi avqustun 21-nə keçən gecə məlum olub: "Həmin gün səhər saatlarında isə yük gəmisi Yer atmosferinə daxil olaraq dağılıb. Gəminin yanmamış konstruktiv elementləri Cənubi Sakit Okeanın gəmilərin üzmədiyi ərazisinə düşüb".

"Roskosmos" bildirib ki, yeni “Progress MS-24” yük gəmisi dörd gündən sonra Zvezda moduluna birləşəcək. Mayın 24-də stansiyaya göndərilmiş "Progress MS-23" isə öz yerində qalacaq.

Hazırda stansiyada rus kosmonavtları Sergey Prokopyev, Dmitri Petelin və Andrey Fedyayev, NASA astronavtları Fransisko Rubio, Stiven Bouen və Vudi Hoburq, Birləşmiş Ərəb Əmirliklərinin astronavtı Sultana əl-Neyadi çalışırlar.

Qeyd edək ki, “Progress MS-22” fevralın 9-da “Soyuz-2.1a” daşıyıcı raketi ilə Baykonur Kosmodromundan buraxıldıqdan iki gün sonra MKS-ə yük çatdırmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti