Anasını öldürüb, qardaşını bıçaqladı

   Anasını öldürüb, qardaşını bıçaqladı
  21 Avqust 2023    Oxunub:1252
Avqustun 21-də saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-ci il təvəllüdlü Zülfüqarova Günay Əhməd qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 2012-ci il təvəllüdlü oğlunun xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülüb.

Anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci təvəllüdlü Zülfüqarlı Əlfüqar Mahir oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti