Dünya Kuboku: Nicat Abasov finala yüksələ bilmədi

     Dünya Kuboku:    Nicat Abasov finala yüksələ bilmədi
  20 Avqust 2023    Oxunub:1592
Bu gün Bakıda şahmat üzrə Dünya Kuboku turnirinin yarımfinal mərhələsinin cavab partiyaları keçirilir.
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda finala çıxa bilməyib. Belə ki, 28 yaşlı qrossmeyster yarımfinalda beşqat dünya çempionu, norveçli Maqnus Karlsenə iki oyunun cəmində məğlub olub.

İlk görüşdə rəqibinə uduzan Abasova cavab duelində mütləq qələbə lazım idi. Lakin o, ağ fiqurlarla heç-heçə edib. Ümumi nəticədə 0,5:1,5 hesabı ilə uduzan şahmatçımız avqustun 22-də üçüncü yer uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti