"Qarabağ"ın Bakı oyunu ispaniyalı hakimə tapşırılıb

"Qarabağ"ın Bakı oyunu ispaniyalı hakimə tapşırılıb
  18 Avqust 2023    Oxunub:1017
"Qarabağ"ın Bakıda Sloveniya "Olimpiya"sına qarşı keçirəcəyi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa təyinatlar müəyyənləşib.
Qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək. FİFA referisi Alexandro Ernandesə Xose Naranyo və Dieqo Sançes Royo laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alexandro Muniz Ruiz yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. İlk görüş avqustun 24-də gerçəkləşəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti