Oğul anasını naqillə boğaraq öldürdü - YENİLƏNİB

 Oğul anasını naqillə boğaraq öldürdü -  YENİLƏNİB
  18 Avqust 2023    Oxunub:1814
Ucarda qadının qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluqdan verilən məlumata görə, avqustun 18-i saat 10:30 radələrində Ucar rayonunun Qaradağlı kənd sakini 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 2000-ci il təvəllüdlü Faiq Qurbanov aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə anası Şəlalə Qurbanovanı naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faiq Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb. Fakta görə Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

Ucarda qadın boğularaq öldürülüb.

Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Qeyd edilib ki, avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonunun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Qeyd edilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının oğlu, 2000-ci il təvəllüdlü Faiq Qurbanov Bakı şəhərində saxlanılaraq istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti