Kür çayı üzərində yeni dəmir yolu körpüsü istismara verilir

Kür çayı üzərində yeni dəmir yolu körpüsü istismara verilir
  17 Avqust 2023    Oxunub:1682
Kür çayı üzərində yeni dəmir yolu körpüsü istismara verilir.
Azərbaycan Dəmir Yollarından (ADY) AzVision.az -a bildirilib ki, Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttinin Ələt-Osmanlı hissəsindəki dəmir yolu körpüsü yenidən qurulub və ona paralel yeni körpü inşa edilib.

Kür çayının Şirvan şəhərindən keçən hissəsində yerləşən bu körpülərin hər birinin uzunluğu 270,5 metr, eni isə 5,7 metrdir. Hər iki körpünün layihələndirilməsi 100% yerinə yetirilib, tikinti işlərinin 98%-i yekunlaşıb. Bu körpülər dəmir yolu ilə yüklərin daha intensiv daşınmasında önəmli rol oynayacaq. Yaxın zamanda körpülərin tam istismara verilməsi planlaşdırılır.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti