Dünyanın ən bahalı velosipedi – milyon dollar

Dünyanın ən bahalı velosipedi – milyon dollar
  06 İyun 2014    Oxunub:11147
Amerikanın “The House of Solid Gold” şirkəti dünyanın ən bahalı velosipedini yaradıb.
AzVision.az-ın Qərb KİV-nə istinadən verdiyi məlumata görə, onun dəyəri bir milyon dollar (721 minavriodur)

“Gold Extreme Mountain Bike” adlı velosiped 24 karatlıq qızılla əhatə olunub. Şirkətin loqosu 600 qara brilyantla bəzədilib. Şirkət 13 belə velosiped istehsal etməyi planlaşdırır.

Velosipedin oturacağı timsah dərisindən işlənib. Velosipedin su qabı da qızıldan işlənib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti