Salyanda 25 yaşlı qadın qətlə yetirilib

Salyanda 25 yaşlı qadın qətlə yetirilib
  16 Avqust 2023    Oxunub:1359
Salyanda 25 yaşlı qadın qətlə yetirilib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, avqustun 16-da saat 15 radələrində Salyan rayonunun Arbatan kəndində 1998-ci il təvəllüdlü İbrahimova Günel Qurban qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü təvəllüdlü İbrahimov Qaraş Rabil oğlu könüllü polisə gələrək təslim olub. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti