ASCO: "Yayılan məlumat həqiqəti əks etdirmir"

   ASCO:    "Yayılan məlumat həqiqəti əks etdirmir"
  16 Avqust 2023    Oxunub:1404
“Bəzi Kütləvi İnformasiya Vasitələrində Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovun "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini (ASCO) məhkəməyə verməsi barədə məlumat yayılıb. Bununla əlaqədar bildiririk ki, sözügedən məlumat əsassızdır və həqiqəti əks etdirmir”.
AzVision.az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Qeyd edilir ki, "media nümayəndələrindən xahiş edirik ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü ASCO-nun İctimaiyyətlə əlaqələr departamenti ilə dəqiqləşdirəsiniz".

AzVision.az



Teqlər: ASCO  





Xəbər lenti