İçkili 2 turist gecəni Eyfel qülləsində keçiriblər

   İçkili 2 turist gecəni Eyfel qülləsində keçiriblər
  16 Avqust 2023    Oxunub:1227
İki turist gecəni Eyfel qülləsində keçiriblər. Onlar içkili halda bilet alıb içəri keçdikdən sonra burada yatıblar.
Ölkə mətbuatında yer alan xəbərə görə, qülləni idarə edən "Sete" şirkətinin təhlükəsizlik işçiləri ziyarət saatına yaxın nəzarət üçün içəri keçərkən qüllənin ictimaiyyətə bağlanan hissəsinə yatan iki nəfəri görüblər.

Təhlükəsizlik əməkdaşları yanğınsöndürənlərin köməkliyi ilə 2 amerikalını qüllədən çıxararaq Parisin 7-ci rayonundakı polis bölməsinə təhvil veriblər.

Polis mənbələri bildiriblər ki, ABŞ-dan gələn 2 turist avqustun 13-nə keçən gecə daxil olduqları qüllədən çıxmaq istəyərkən baryerləri aşaraq ikinci və üçüncü mərtəbələr arasındakı qadağan zonaya daxil olub, sonra da burada yatıblar.

Digər tərəfdən, qüllənin operatoru həmin şəxslər barəsində bu həftə cinayət işi açacaqlarını açıqlayıb. Şirkət hadisə ilə əlaqədar qüllənin 1 saat gec açıldığını bildirib.

Fransa mətbuatı prokurorluğun iki nəfəri təhlükəli olmadığı səbəbilə sərbəst buraxdığını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti