Arvadını ayının pəncəsindən qışqıraraq aldı
Hadisə avqustun 14-də Mıtax kəndindən 10 kilometr aralıda baş verib.
Vəhşi heyvanın hücumu zamanı yerli sakin çaydan su götürümüş. Ayı qadına xəsarət yetirə bilsə də, onun əri vəhşi heyvanı qorxuda bilib.
"Kişi arvadının təhlükədə olduğunu görəndən sonra, ayıya doğru qaçıb və yüksək səslə qışqırıb. Bundan sonra heyvan ərazidən uzaqlaşaraq meşədə gözdən itib", - məlumatda yazılıb.
Qadın Berdiqestax kəndindəki xəstəxanaya aparılıb. Onun hazırda vəziyyəti orta-ağırdır.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ayı