Dənizdə batan şəxsin meyiti tapılıb

Dənizdə batan şəxsin meyiti tapılıb
  14 Avqust 2023    Oxunub:1009
Bu gün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti