Dövlət büdcəsinin profisiti 1,1 milyard manatı ötüb

Dövlət büdcəsinin profisiti 1,1 milyard manatı ötüb
  14 Avqust 2023    Oxunub:1266
2023-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 18 milyard 766,6 milyon manat vəsait daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu ötən ilin eyni dövrünə nisbətən 4,8% çoxdur.

2023-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinin xərcləri isə 14,9% artaraq, 17 milyard 620,5 milyon manata çatıb.

Nəticədə, büdcənin icrasında 1 milyard 146,1 milyon manatlıq profisit (artıqlıq) yaranıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə azdır.

AzVision.az


Teqlər:





Xəbər lenti