Antarktidada yadplanetlilərə bənzəyən varlıq tapılıb

   Antarktidada    yadplanetlilərə bənzəyən    varlıq tapılıb
  14 Avqust 2023    Oxunub:1520
Kaliforniya Universitetinin bioloqları yadplanetli məxluqa bənzəyən və aşağı ətraflarda 20 çıxıntısı olan qəribə heyvan aşkarlayıblar. Aparılan araşdırmalar nəticəsində onun dəniz ulduzu olması ehtimal edilib.
Tədqiqatlar “Invertebrate Systematics” jurnalında dərc edilib.

Peruya yadplanetlilər hücum edir - Polis araşdırmalar aparır - VİDEO
Qeyd edilir ki, Antarktida sahillərində 2008-2017-ci illərdə keçirilən ekspedisiyaların birində naməlum heyvan tapılıb. Həmin vaxt tədqiqatçılar promaxokrinusları tapmağa çalışırlarmış.

Həmin varlıq dəniz ulduzuna və ya kirpiyə bənzəyir. O, "Antarktika çiyələk ulduzu" kimi tərcümə olunan "Promachocrinus fragarius" adlandırılıb. Ərazidəki heyvanlar suyun altında 20 metrdən 2 kilometrə qədər dərinlikdə yaşayırlar. Cəmi səkkiz növ tapılıb, onlardan dördü unikallığı ilə seçilib. Dəniz ulduzunun aşağı ətraflarının rəngi ağ və bənövşəyidən tünd qırmızıya qədər dəyişə bilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Antarktida   Yadplanetli  





Xəbər lenti