Həftəsonu yol qəzalarında 7 nəfər ölüb

Həftəsonu yol qəzalarında 7 nəfər ölüb
  14 Avqust 2023    Oxunub:1134
Avqustun 12-də və 13-də ölkə ərazisində qeydə alınan 101, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarılan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə yeddi nəfər ölüb, 7 nəfər isə xəsarət alıb. Narkotiklərlə əlaqəli 57, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti