5-ci mərtəbədə fasad quran şəxs yıxılaraq ölüb

5-ci mərtəbədə fasad quran şəxs yıxılaraq ölüb
  11 Avqust 2023    Oxunub:1142
Bakıda 5-ci mərtəbədə fasad quran şəxs yıxılaraq ölüb.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, avqustun 10-u saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində 1996-cı il təvəllüdlü Razi Bayramovun 9 mərtəbəli yaşayış binasının fasadında quraşdırma işləri apararkən 5-ci mərtəbə səviyyəsindən yerə yıxılması nəticəsində ölməsi faktı üzrə Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti