Azərbaycan, İran və Rusiya enerji sistemlərini birləşdirir

      Azərbaycan, İran və Rusiya enerji sistemlərini birləşdirir
  11 Avqust 2023    Oxunub:1724
Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi üzrə Texniki-İqtisadi Əsaslandırma (TİƏ) ilin sonuna qədər hazır olmalıdır.
Bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyinin saytında bildirilir. “Tərəflər razılaşıblar ki, Azərbaycan, İran və Rusiyanın elektrik enerjisi sistemlərinin qarşılıqlı əlaqəsi üzrə TİƏ-nin yekunlaşdırılması 2023-cü ilin sonuna qədər başa çatdırılmalıdır”, - məlumatda deyilir.

Qərar Rusiya energetika nazirinin müavini Pavel Snikkars, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov, İranın energetika nazirinin müavini Homayun Xaeri və üç ölkənin enerji şirkətlərinin nümayəndələri arasında keçirilən üçtərəfli danışıqlarda qəbul edilib.

Rusiya energetika nazirinin müavini Pavel Snikkars bildirib ki, bu günə kimi layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması davam etdirilir və bu istiqamətdə bir sıra mərhələlər razılaşdırılıb:

“İştirakçı ölkələrin elektrik şəbəkələri ilə elektrik enerjisinin ötürülməsi üçün müxtəlif şərtlər ətraflı təhlil edilir, əlavə enerji obyektlərinin tikintisinin məqsədəuyğunluğu da nəzərdən keçirilir”.

AzVision.az


Teqlər: Azərbaycan   İran  





Xəbər lenti