Toy çadırına girən ayı qonaqları qorxudaraq desert yedi - VİDEO

   Toy çadırına girən ayı    qonaqları qorxudaraq desert yedi    - VİDEO
  10 Avqust 2023    Oxunub:1624
ABŞ-da maraqlı hadisə yaşanıb.
ABC-nin yaydığı məlumata görə meşədən qaçan ayı toy təşkil olunan məkana gəlib. Ziyafət banketinə toplaşanlar qəfl vəhşi heyvanla rastlaşdıqları üçün bərk qorxublar. Yırtıcı isə insanlara toxunayaraq stollarda olan desertləri yeyib.

"Koloradolu Brandon Martinez və Keylin McRossi-Martinez cütlüyü bildirib ki, toyda belə qeyri-adi qonağın peyda olması nadir hadisədir. Heyvan yeni evlənənlərin və qonaqların toplaşdığı çadıra girən kimi hamı qaça bilib", - nəşr yazıb.

Yadda qalan toy edən cütlük deyib ki, təhlükəsizlik işçiləri tez bir zamanda ayını qova biliblər. Ona görə də heç kim zərər görməyib.



Tural Tağıyev
AzVision.az


Teqlər: ABŞ   Ayı  





Xəbər lenti