Ərini yubileyə görə hava şarına mindirdi, ikisi də yandı

Ərini yubileyə görə hava şarına mindirdi,    ikisi də yandı
  10 Avqust 2023    Oxunub:1495
Rusiyada vaxtını əyləncəli keçirmək istəyən cütlük faciəli şəkildə yanıb. AzVision.az xəbər verir ki, bu barədə 112 telegram kanalı məlumat yayıb.
Bildirilir ki, bir qadın Moskva yaxınlığındakı Ramenskoyedə hava şarında uçarkən ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hava şarı yerə çırpıldı: 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb
"Qadınla yanaşı əri də yanıb. O, ərinin 55 yaşını qeyd etmək üçün təlimatçı ilə birlikdə hava şarı icarəyə götürüb. Uçuş zamanı şlanq qopub və onun paltarına od düşüb. Nəticədə cütlük yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib", - paylaşımda yazılıb.

Qadının bədəninin 32%-i, baş, üz, boyun, qollar, ayaqların aşağı hissəsi və bud nahiyələri yanıb. Kişinin durumu ilə isə bağlı məlumat verilməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Hava-Şarı  





Xəbər lenti