Peruya yadplanetlilər hücum edir - Polis araşdırmalar aparır - VİDEO

   Peruya yadplanetlilər hücum edir   - Polis araşdırmalar aparır  - VİDEO
  10 Avqust 2023    Oxunub:1599
Peruda maraqlı hadisələr yaşanır. Al Rojo Vivo-nun yaydığı məlumata görə, kiçik bir kəndin sakinləri bir aydır ki, “yadplanetlilərin hücumundan” şikayətlənirlər.
Artıq polis Perunun paytaxtı Limanın şimal-şərqində yaşayan İkitu icmasının nümayəndələrinin mövzu ilə bağlı şikayət ərizələrini nəzərdən keçirir. Onlar "iri başlı və sarı gözlü iki metrlik qeyri-adi canlıların" hücumuna məruz qaldıqlarını iddia edirlər.

Kanala açıqlama verən yerli sakinlər hətta hakimiyyəti bu qəribə basqınların baş verdiyi bölgəyə ordu göndərməyə çağırırlar.

Kainatda yalnızıqmı: “Fermi paradoksu”nun açması
Onların fikrincə, bu naməlum canlıların odlu silahlara qarşı müdafiə qabiliyyətləri var və istədikləri zaman yoxa çıxa bilərlər.
“Yadplanetlilərdən” birinin yeniyetməyə hücum edərək onun boynuna xəsarət yetirməsinə dair sübutlar da var.

Prokurorluq isə belə hesab edir ki, Loretoda yerli əhalini qorxudan “qəribə məxluqlar” və ya “yadplanetlilər” olayının arxasında qanunsuz işləyən şaxtaçılar dayanır.

Prokuror Karlos Kastro deyib ki, qanunsuz qızıl hasilatı ilə məşğul olan əcnəbi braziliyalı və kolumbiyalı dəstələr Loreto əyalətinin Mainas, Alto Nanay və digər ərazilərdə fəaliyyət göstərirlər.

Bununla əlaqədar, o, sözügedən icma sakinlərinə edilən hücumlara görə də şaxtaçılarını məsuliyyət daşıma ehtimalının böyük olduğunu qeyd edib.
Prokurorun fikrincə qızıl hasilatı üçün yaradılmış qeyri-qanuni mədənlərin 80%-i Nanai çayı hövzəsində yerləşdiyi üçün şaxtaçıların əsas strategiyası sakinləri qorxutmaqdır. Yəni onlar bezib evlərini tərk etsinlər.

Bundan əlavə, araşdırma aparan prokuror işçilərinin sözlərinə görə, bu qruplaşmalar yüksək texnologiyalı avadanlıqlardan öz məqsədləri üçün istifadə edərək kənddə yadplanetli var görüntüsü yaradırlar.

Ufoloqlar isə prokurorun şaxtaçılarla bağlı versiyasına inanmırlar. Elm adamları Amazon bölgəsində bu cür xəbərlərin tez-tez yayıldığını, oxşar hadsiələrin adi hala çevrildiyini deyirlər. Amma onlar bir aydır ki, davam edən hadisələri o qədər də ciddiyə almırlar. Çünki kənd sakinlərinin bunlar “insan üzü yeyən yadplanetlilər”dir iddiaları ufoloqlar üçün real görünmür.

Artıq bir qadının boynunun hücum nəticəsində zədələnməsinə baxmayaraq bu fikirlər folklorun bir hissəsi kimi qəbul edilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Peru   Yadplanetli  





Xəbər lenti