Eşşəkarısı udan qadın öldü

 Eşşəkarısı udan qadın öldü
  10 Avqust 2023    Oxunub:957
Rusiyanın Saratov bölgəsində faciəvi ölüm qeydə alınıb.
AzVision.az xəbər verir ki, eşşəkarısını təsadüf nəticəsində udan qadını xilas etmək mümkün olmayıb.

Regionun səlahiyyətli nümayəndələrinin mediaya verdiyi açıqlamada qeyd edilir ki, ölən qadının 40 yaşı olub. Ona astma diaqnozu qoyulub və bəxtsiz rus anafilaktik şoka düşüb. Qadın təcili yardım gələnə qədər artıq dünyasını dəyişibmiş.

Tural Tağıyev
AzVision.az



Teqlər: Arı  





Xəbər lenti