"Baydenin qərarı Putinə hədiyyə olub" - KİV

 "Baydenin qərarı Putinə hədiyyə olub" -  KİV
  10 Avqust 2023    Oxunub:1427
ABŞ prezidenti Co Baydenin Arizonadakı uran yataqlarının işlənməsini qadağan etmək qərarı Rusiya prezidenti Vladimir Putinə hədiyyə olub.
AzVision.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

“ABŞ atom elektrik stansiyaları hələ də yanacağın təxminən 12%-ni Rusiya xammalından almağa davam edir. Bu gün ABŞ nüvə reaktorları üçün istifadə olunan uranın ümumi miqdarının təxminən 95%-ni idxal edir. Yeni fərman Vaşinqtonun Rusiya uranına alternativ tapmasını çətinləşdirəcək".

Bildirilir ki, Ağ Ev rəhbəri Arizonada bir milyon akra yaxın ərazilərə “milli abidə” statusu verib. Müşahidəçilərin fikrincə, bu, indiki administrasiyanın dağıdıcı enerji siyasətinin növbəti abidəsinə çevrilib.

Məqalədə deyilir ki, ABŞ prezidenti ölkənin təbii sərvətlərinin eyni vaxtda çıxarılmasını və qorunmasını mümkün hesab etmir, lakin mədənçilər bunu onilliklərdir ki, edirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti