Azərbaycan ağırlıqqaldıranı MDB Oyunlarının qalibi olub

Azərbaycan ağırlıqqaldıranı MDB Oyunlarının qalibi olub
  09 Avqust 2023    Oxunub:3481
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Belarusda keçirilən II MDB Oyunlarının qalibi olub.
İdmançı 109 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyib. O, toplam 393 kq (177+216) nəticə ilə qızıl medal qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəkidə çıxış edən Əli Şükürlü isə 300 kq-lıq (130+170) göstərici ilə 5-ci yeri tutub.

Qeyd edək ki, Qrodno şəhərindəki Buz İdman Sarayının yarış zalında təşkil olunan ağır atletika növündə 150-dən çox idmançı mübarizə aparır.

AzVision.az


Teqlər:





Xəbər lenti