Britaniya iqtisadiyyatı 60 faiz risklə resessiyaya girə bilər

Britaniya iqtisadiyyatı 60 faiz risklə resessiyaya girə bilər
  09 Avqust 2023    Oxunub:1188
2024-cü ilin sonunda İngiltərə iqtisadiyyatının tənəzzülə uğrama riski 60 faizdir. Ölkədə ümumi seçkilərin planlaşdırıldığı bu dövrdə gəlir bərabərsizliyinin arta biləcəyi bildirilib.
Britaniyanın ən qədim müstəqil iqtisadi tədqiqat institutu kimi tanınan Milli İqtisadi və Sosial Tədqiqatlar İnstitutunun təhlilinə görə, Brexit, COVID-19 epidemiyası və Rusiya-Ukrayna müharibəsi nəticəsində inflyasiyanı azaltmaq üçün monetar siyasətin sərtləşdirilməsi Britaniya iqtisadiyyatına mənfi təsir göstərib.

Bu hadisələrin təsiri ilə İngiltərə iqtisadiyyatının bu il 0,4 faiz, 2024-cü ildə isə 0,3 faiz böyüməsi gözlənilsə də, iqtisadi görünüşlə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır.

Sözügedən qeyri-müəyyənliklərdən asılı olaraq, iqtisadiyyatın bu ilin sonunda daralacağı, 2024-cü ilin sonunda isə 60 faiz risklə tənəzzülə girəcəyi gözlənilir.

İnflyasiyanın bu ilin sonunda 5,2 faizə, 2024-cü ilin sonunda isə 3,9 faizə düşəcəyi, lakin 2025-ci ilə qədər hədəflənmiş 2 faiz səviyyəsindən yuxarı qalacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti