Mer balıq əvəzinə milyon dollarlıq kokain tutdu - FOTO

   Mer balıq əvəzinə    milyon dollarlıq kokain    tutdu -    FOTO
  09 Avqust 2023    Oxunub:1197
ABŞ-da merin başına maraqlı hadisə gəlib. Tampa Bay Times qəzetinin yaydığı məlumata görə, Tampa şəhərinin rəhbəri Ceyn Kastor balıq tutarkən qarmağına 30 kiloqramlıq kokain ilişib.
Nəşr yazır ki, Kastor Atlantik okeanında balıq axtarışında imiş. Amma gözlənilmədən tilov 1 milyon dollardan çox dəyəri olan narkotik bağlamasını "tutub".

Aşotun "oğurlanması": 1 milyardlıq kokain necə ört-basdır edildi?
Siyasətçi uzun müddət polisdə xidmət etdiyi üçün bu arzuolunmaz tapıntının nədən ibarət olduğunu dərhal anlayıb və sahil mühafizəsinə zəng edib. Qadağan olunmuş məhsullar polietilen paketə bükülübmüş.

“Merin ailəsi tətilin qalan hissəsini üzmək və balıq tutmaqla keçirdi. Onlar daha narkotikə rast gəlməyiblər. Amma ailə 60-a yaxın xərçəng tutub", - məqalədə yazılıb.

Sərhəd Patrulunun Mayami sektorunun baş agenti Valter Slosar da məlum maraqlı tapıntı ilə bağlı paylaşım edib. O qeyd edib ki, hər biri mavi və bənövşəyi "kəpənək"lərlə bəzədilmiş 25 kokain bağlamasınən dəyəri milyon dollardan çoxdur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Balıq   ABŞ   Mer   Kokain  





Xəbər lenti