Çingiz Əlləzov: "Petrosyanla döyüşməyi arzulayıram"

    Çingiz Əlləzov:    "Petrosyanla döyüşməyi arzulayıram"
  08 Avqust 2023    Oxunub:1480
"Döyüş çətin keçdi. Bu qələbə karyeramın ən gözəl anlarından biri oldu. Mənim üçün vacib olan kəmər yox, Qriqoryan üzərində qələbə idi".
AzVision.az -ın məlumatına görə, bunu Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya "Qran-pri"sinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov “ONE Fight Night 13” turnirində ermənistanlı Marat Qriqoryana qalib gəldiyi döyüş barədə yarışın rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı idmançı bildirib ki, görüşdə bir neçə gün öncə rinqə çıxmaqdan imtina edə bilərmiş: "Ötən həftə ailəmdə problemlər olduğu üçün psixoloji baxımdan gərgin idim. Düşündüm ki, bəlkə döyüşməyim?. Amma sonra öz-özümə dedim ki, yox, Çingiz, sən bu döyüşə hazırsan. Allah bu döyüşü sənə nəsib edib. Mən mütləq qalib gələcəksən".

O, Qriqoryanı nokautla məğlub etməyi planlaşdırmadığını söyləyib: "Dünyanın ən yaxşı məşqçisi ilə işləyirəm. Döyüş üçün fərqli planımız var idi. Görüşün beş raund davam edəcəyini gözləyirdik".

Əlləzov karyerasını başa vura biləcəyini istisna etməyib: "Məndən başqa, çəki dərəcəmdə üç ən yaxşı döyüşçü var və hər birinə qalib gəlmişəm. Başqa kim varmı? Mən bilmirəm. Arzum Cordio Petrosyanla döyüşməkdir. Bunu çox istəyirəm. Bəlkə o da hazırdır. Baş tutsa, Allah bu döyüşdə qalib gəlməkdə mənə kömək edəcək. Öz çəki dərəcəmdə bir nömrəyəm. Amma düşünürəm ki, bəlkə də Qriqoryanla döyüş mənim üçün sonuncu idi. Menecerim, məşqçim və atamla danışacağam. Ola bilsin ki, mənə "Karyeranı bitir".

AzVision.az



Teqlər:





Xəbər lenti