Bakıda orta aylıq əməkhaqqı 10 % artıb

Bakıda orta aylıq əməkhaqqı 10 % artıb
  08 Avqust 2023    Oxunub:983
Bu ilin yanvar-may aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 174,5 manat olub.
Bu barədə AzVision.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir. Bildirilib ki, orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,1 % çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,1 % artaraq 916,8 manata çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti