7-ci sinif şagirdi doğduğu körpəni zibilliyə atdı - FOTO

   7-ci sinif şagirdi doğduğu körpəni zibilliyə atdı    - FOTO
  08 Avqust 2023    Oxunub:1810
Tailandda yeddinci sinif şagirdi məktəb ekskursiyası zamanı uşaq dünyaya gətirib. AzVision.az xəbər verir ki, bu barədə “The Thaiger” məlumat yayıb.
Nəşr yazır ki, qızın rəfiqəsi avtobus oturacağında qan görüb və müəlliməsinə xəbər verib. Müəllim məktəbli şagirdə növbəti dayanacaqda tualetə getməyi tövsiyə edib.

Bakıda ana körpəsini zibil qutusuna atdı
Yanacaqdoldurma məntəqəsinin tualetinə girən məktəbli qız özbaşına doğuş reallaşdırıb və körpəsini zibil qutusuna atıb. Bundan sonra o heç nə olmamış kimi sinif yoldaşları ilə yoluna davam edib.

Hadisədən sonra zibil qabından yeni doğulmuş körpə tapan yerli sakinlər aidiyyəti qurumlara məlumat veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kameralarının köməyi ilə yeniyetmə ananı tapmağa nail olublar. Polis qızı xəstəxanaya aparıb və uşağı da özünə təhvil verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tailand   Məktəbli  





Xəbər lenti